Bəşər Əsəd: "Suriyanın bərpası üçün 200 milyard dollar lazımdır"
Suriya prezidenti Bəşər Əsəd 5 ildir davam edən müharibə müddətində ölkəsinə dəyən zərərin miqdarını açıqlayıb. APA TV-nin məlumatına görə, "RİA- Novosti" müsahibəsində Əsəd Suriyaya 200 milyard dollardan çox zərər dəydiyini bildirib.
"İqtisadi cəhətdən itirdiklərimizi biz Suriyada vəziyyət stabilləşəndən sonra bəlli bir müddətdə yoluna qoya bilərik, amma dağıdılmış infrastrukturun bərpasına uzun illər lazım gələcək", - deyə o bildirib.
Bundan əvvəl Bəşər Əsəd bəyan edib ki, rəsmi Dəməşq Suriya böhranının siyasi yolla həllinə nail olunması məqsədilə keçirilən Cenevrə danışıqlarına böyük ümid bəsləyir.
Xatırladaq ki, Suriya müxalifətinin ali komitəsi hakimiyyətlə birbaşa danışıqlara hazır olduqlarını dəfələrlə bildiriblər.
OXŞAR XƏBƏRLƏR
13:37
249
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3138
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4095
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3915
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1213
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
822