Bakıda təhsil və karyera sərgisi açıldı
Bakıda keçirlən təhsil sərgisinin açılışında çıxış edən təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, Azərbaycanın ali təhsil müəssisələrinin bu kimi sərgilərdə iştirakı onların xarici tərəfdaşları ilə birbaşa əlaqələr qurması, xarici təcrübənin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Bununla yanaşı, bizim ali təhsil müəssisələrinin bu kimi tədbirlərdən istifadə edərək şagird və tələbələr, həmçinin əmək bazarında öz təbliğatlarını həyata keçirmək təcrübəsindən geniş şəkildə istifadə etməlidirlər”.
"İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirdi ki,sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar.
APA TV-nin xəbərinə görə, tTəhsil və kariyera sərgisində müxtəlif universitetlərin tələbələri və şagirdlər iştirak edirdi.
Sərgidə iştirak edən şirkət və universitet nümayəndələri sərgidən razı qaldıqlarını bildirdilər.
OXŞAR XƏBƏRLƏR
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"