Lənkəranda maşın ağaca çırpıldı, sürücü öldü
Lənkəranda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə martın 25-də saat 16.00 radələrində Lənkəran-Lerik şosesinin rayonun Darquba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Lənkəran şəhər sakini, 23 yaşlı Nəriman Seyran oğlu Məmmədlinin idarə etdiyi "VAZ-21015" markalı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetmənin itirilməsi nəticəsində yol kənarındakı ağaca çırpılıb. Güclü zərbədən çoxsaylı bədən xəsarətləri alan sürücü hadisə yerində dünyasını dəyişib. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.
Qəzanın sürücünün sürət həddini aşması səbəbindən baş verdiyi ehtimal olunur. Hadisənin dəqiq səbəbləri avto-texniki ekspertizanın yekun rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB