Bakıda hava çiskinli keçəcək, külək əsəcək
Martın 26-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, gecə yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 15-19, Bakıda gecə 10-12, gündüz 17-19 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11, gündüz 18-23, dağlarda gecə 4-9, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
16:10
187
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
348
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3210
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4115
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3922
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1220