"Uçan holland" xərçəngə yenildi - YOHAN KROYF ÖLDÜ
Hollandiyanın əfsanəvi futbolçusu, 3 dəfə "Qızıl Top"un sahibi olmuş Yohan Kroyfun ötən gün 68 yaşında İspaniyanın Barselona şəhərində dünyasını dəyişdiyi məlum olub. APA TV-nin məlumatına görə, veteran futbolçunun ölümünə səbəb ağ ciyər xərçəngi olub. Bu barədə Kroyfun saytında bildirilib.
Qeyd edək ki, Hollandiyanın "Ayaks", "Feyenord", İspaniyanın "Barselona", "Levante", ABŞ-ın "Los-Anceles Asteks" və "Vaşinqton Diplomats" klublarında çıxış etmiş Yohan Kroyf məşqçi kimi də çalışıb. O, "Barselona", "Ayaks" klublarına və Kataloniya yığmasına baş məşqçilik edib. Kroyf 48 oyuna 33 qol vurduğu Hollandiya millisi ilə dünya çempionatının gümüş (1974) və Avropa çempionatının bürünc (1976) medalını qazanıb. Ona futbol oynadığı müddətdə "uçan holland" deyirdilər. Kroyf holland məşqçi Rinus Mixels tərəfindən kəşf edilmiş total futbol fəlsəfəsinin əsas fiqurlarından olub.
OXŞAR XƏBƏRLƏR
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB