"Associated Press": İŞİD Avropaya 400 terrorçu-kamikadze göndərib
İŞİD Avropaya 400 terrorçu-kamikadze göndərib. APA TV-nin xəbərinə görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Agentlik öz mənbələrinə istinadən kamikadzelərin İŞİD-ə aid düşərgələrdə təlim keçdiklərini açıqlayıb.
Hazırda Avropanın müxtəlif ölkələrində olan kamikadzelərə öz hədəflərini sərbəst şəkildə seçmək imkanlarının, eyni zamanda seçilən hədəflərə maksimal zərbənin endirilməsi barəsində göstərişin verildiyi də qeyd olunub.
Qeyd edək ki, martın 22-də kamikadzelər tərəfindən Brüssel aeroportu və metroda törədilən partlayışlar zamanı 30-dan çox insan həlak olub, 300 nəfər isə yaralanıb.
Aparılan araşdırmalar nəticəsində kamikadzelərdən birinin Suriyadakı hərbi əməliyyatlar zamanı İŞİD sıralarında döyüşdüyü ortaya çıxıb.
OXŞAR XƏBƏRLƏR
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB