Brüssel terrorunun 3-cü şübhəlisi tutuldu
Ötən gün Brüsseldəki "Zaventem” beynəlxalq hava limanında terror aktı törətməkdə şübhəli bilinən 3-cü şəxs saxlanılıb.
APA-nın Belçikanın RTBF dövlət televiziyasına istinadən verdiyi məlumata görə, Nayim Laçraui adlı bu şəxsin Parisdə baş verən hadisə ilə əlaqəsi olduğu ehtimal edilir.
Daha əvvəl terror aktının törədilməsində şübhəli bilinən digər şəxslərin Xalid və İbahim əl-Bakraui qardaşları olduğu açıqlanıb. Hər iki şəxsin partlayış nəticəsində öldüyü bildirilir.
Qeyd edək ki, ötən gün Brüsseldə ard-arda bir neçə terror aktı baş verib. “Zaventem” beynəlxalq hava limanında 2 və metroda baş verən partlayış nəticəsində 34 nəfər ölüb, 250 nəfər yaralanıb. Belçika hökuməti baş verən hadisəni terror aktı adlandırıb.
OXŞAR XƏBƏRLƏR
16:10
250
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
393
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3249
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4116
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3923
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1221