İki rayona yeni polis rəisi təyin edildi
Daxili işlər orqanlarında yeni təyinat olub. APA-nın məlumatına görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmrinə əsasən Quba rayon Polis Şöbəsinin rəisi Telman Xasıyev tutduğu vəzifədən azad edilərək, İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini Süleyman Nemətov isə Quba Rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, İsmayıllı rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışmış Nizami Qocayev bir müddət əvvəl öz arzusu ilə tutduğu vəzifədən azad edilib. O, ədliyyə naziri Fikrət Məmmədovun müvafiq əmri ilə Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə icra idarəsinin rəisi təyin edilib.
OXŞAR XƏBƏRLƏR
16:10
249
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
391
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3249
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4116
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3923
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1221