Qaşıdakı iki günün hava proqnozu açıqlandı - TEMPERATUR YÜKSƏLİR
Martın 23-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 15-17 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, cənub-qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, bəzi yerlərdə 4 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Martın 24-də isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəzlənəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında əsasən, yağmursuz, gecə və səhər bəzi yerlərdə duman, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 4-9 dərəcə isti, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə isti, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib