"AZsamand" 3 "Mercedes"i dərəyə aşırdı, yaralılar var - CƏLİLABADDA AĞIR QƏZA
Cəlilabadda 3 nəfərin yaralanması ilə nəticələnən ağır zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 143-cü kilometrliyində, Cəlilabad şəhərinin Müalicə Diaqnostika Mərkəzinin yanındakı ərazidən keçən hissəsində qeydə alınıb. “Azsamand” marakalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirərək qarşıdan gələn “Mersedes” markalı minik avtomobilinin yoluna çıxıb. Bir-biri ilə toqquşan hər iki maşın güclü zərbənin təsirindən yolda hərəkətdə olan daha iki “Mersedes” markalı minik avtomobilinə çırpılmaqla dərəyə yuvarlanıblar.
Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış 1969-cu il təvəllüdlü Cəmilə Allahverdiyeva, 1979-cu il təvəllüdlü Oqtay Əliyev və 1978-ci il təvəllüdlü Zaur Əliyev Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Onlardan Oqtay Əliyevin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki xəstəxanalardan birinə yola salınıb.
Qəza zamanı həmçinin hər dörd avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib