Azərbaycana bahar gəlib
Azərbaycana bahar gəlib. AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov APA-ya bildirib ki, bu il Azərbaycan ərazisində baharın gəlişi martın 20-də, Bakı vaxtı ilə təxminən saat 08.30 radələrində baş verib.
Onun sözlərinə görə, martın 19-da Günəş səmanın cənub yarımkürəsindən şimal yarımkürəsinə keçid edəcək: “Həmin an Günəş Yerin hərəkət müstəvisi ilə Yerin ekvator müstəvisinin kəsişdiyi nöqtədə olacaq. Bu nöqtəyə astronomiyada “yaz bərabərliyi nöqtəsi” deyilir”.
X.Mikayılov qeyd edib ki, Günəş həmin nöqtədə olanda gecə və gündüz bərabərliyi qeydə alınacaq: “Həmin andan başlayaraq, şimal yarımkürəsində astronomik bahar başlayır və bu, iyunun 21-dək davam edir”.
OXŞAR XƏBƏRLƏR
13:37
414
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3264
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4121
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3926
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1224
“Toxumçuluq haqqında” yeni qanun qüvvəyə minib
19:04
832