Nazir Kəmaləddin Heydərov Ağcabədidə vətəndaşları qəbul edib
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov bu gün Ağcabədi rayonunda vətəndaşları qəbul edib.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçirilən qəbulda Ağcabədi, Beyləqan, Füzuli və Xocavənd rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşan məcburi köçkünlər iştirak ediblər.
Vətəndaşların şikayətlərinə yerində baxılması üçün sözügedən rayonların icra başçılarının birinci müavinləri də qəbula dəvət olunub.
Qəbul zamanı Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlər yerindəcə araşdırılıb.
Vətəndaşların digər sahələrə aid şikayət və müraciətləri isə qeydə alınaraq, həlli üçün aidiyyəti qurumlara ünvanlanması barədə tapşırıq verilib.
OXŞAR XƏBƏRLƏR
18:53
236
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
508
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3354
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4132
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3932
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1231