Temperatur yüksəlir - HAVA PROQNOZU
Martın 18-də Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə zəif duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-nin verilən xəbərə görə, mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 2-4 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
Növbəti köç karvanı Xankəndiyə çatıb
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB