Moskvada azərbaycanlı biznesmen güllələndi
Moskvada azərbaycanlı biznesmen güllələnib. APA TV-nin “LifeNews”a istinadən verdiyi məlumata görə, hadisə bu gecə Moskva vaxtı ilə saat 03.00 radələrində baş verib.
46 yaşlı Canpolad Şamil oğlu yeraltı avtomobil dayanacağından çıxıb evinə gedərkən binanın girişində güllələnib. Cinayətin killer tərəfindən törədildiyi ehtimal edilir.
Soydaşımızın cəsədini hadisə yerində həyat yoldaşı aşkarlayıb. Şahidlər istintaqa ifadələrində hadisənin baş verdiyi saatda 4 dəfə atəş səsi eşitdiklərini bildiriblər.
Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi hadisənin təfərrüatını araşdırır. Azərbaycanlı biznesmenin tikinti biznesi ilə, o cümlədən meyvə-tərəvəzin satışı ilə məşğul olduğu deyilir.
OXŞAR XƏBƏRLƏR
18:53
274
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
522
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3366
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4132
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3932
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1233