Dollar ucuzlaşdı, avro bahalaşdı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi ucuzlaşıb. Mərkəzi Bank dolların kursunu 1,6102 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro isə manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,8063 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 23 manat 40 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
18:53
274
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
522
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3366
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4132
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3932
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1233