Məhəmməd Əsədovun oğlu prokuror təyin olundu
Bakının iki rayonuna yeni prokuror təyin edilib.
APA-nın məlumatına görə, Baş Prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlərlə Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi İbrahim Ləmbəranski tutduğu vəzifədən azad edilərək Pirallahı rayon prokuroru, Səbail rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Natiq Əsədov isə Səbail rayon prokuroru vəzifəsinə təyin ediliblər.
Qeyd edək ki, Pirallahı rayon prokuroru təyin olunmuş İ.Ləmbəranski bir sıra səs-küylü cinayət işinin istintaqını aparıb.
Səbail rayon prokuroru vəzifəsinə təyinat alan N.Əsədov isə 1991-ci ildə Qarakənd faciəsi zamanı həlak olan Azərbaycanın sabiq daxili işlər naziri Məhəmməd Əsədovun oğludur.
OXŞAR XƏBƏRLƏR
18:53
274
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
522
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3366
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4132
Növbəti köç karvanı Xankəndiyə çatıb
13:52
3932
Xankəndiyə növbəti köç karvanı YOLA SALINIB
19:05
1233