Nazirlər Kabineti: Martın 27-də yay vaxtına keçidlə bağlı qərar qüvvədədir
“Akademiya Azərbaycanda yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi təklifini Prezident Administrasiyası, Nazirlər Kabinetinə göndərib”. Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, akademik Rasim Əliquliyev deyib.
O qeyd edib ki, AMEA yay və qış vaxtlarına keçid praktikasının ləğv edilməsi ilə bağlı məsələyə öz elmi baxışını ortaya qoyub: “Biz bu məsələdə qərar qəbul edən qurum deyilik. Biz təkliflə çıxış etmişik. Bizdən başqa, bu məsələ ilə bağlı müvafiq olaraq başqa təşkilatlara da müraciət olunub”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə APA-ya açıqlamasında bildirib ki, martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçidlə bağlı qərar qüvvədədir. Bu il martın 27-də Azərbaycan ərazisində yay vaxtına keçiləcək. Həmin gün saat 04.00-da saatların əqrəbləri 1 saat irəli çəkiləcək, bununla da ölkədə qış vaxtı başa çatacaq.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı