Belçikada Paris terrorçularına qarşı əməliyyat: 4 polis yaralandı
Ötən ilin noyabrında Parisdə törədilmiş silsilə terror aktları ilə bağlı cinayət işi çərçivəsində Brüsseldə xüsusi əməliyyat keçirilib.
APA TV-nin məlumatına görə, əməliyyat zamanı silahlı müqavimət göstərilib. Baş vermiş atışma nəticəsində dörd polis əməkdaşı yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.
Terrorçu olduqları ehtimal olunan silahlı şəxslərin sayı barədə dəqiq məlumat verilmir. İnsident Brüsselin Fore kommunasında baş verib. Hadisə yerinə polis və ordunun xüsusi təyinatlı qüvvələri, həmçinin zirehli texnika cəlb olunub.
Xatırladaq ki, İŞİD ötən il noyabrın 13-də Parisdə silsilə terror aktları törədib. Partlayışlar nəticəsində 129 nəfər ölüb, 352 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
21:36
138
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
161
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
328
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
533
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3374
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4135