Ankarada partlayış törədən qadın YPG-də təlim keçib
Ankarada partlayış törədən terrorçu 1992-ci il təvəllüdlü Səhər Çağla Dəmir PKK üzvü olub və YPG-də (PKK-nın Suriya qolu) təlim keçib. APA-nın məlumatına görə, bu barədə Türkiyə DİN-in bəyanatında bildirilir.
Kamikadze-terrorçu Səhər Çağla Dəmir 1992-ci ildə Qars şəhərində anadan olub. Balıkəsir Universitetində turizm və hotelçilik üzrə təhsil alan Səhər Çağla Dəmirin ailəsi 2013-cü ildə qızın itkin düşməsi barədə polisə müraciət edib. Araşdırma nəticəsində onun PKK silahlılarına qoşularaq, dağa çıxdığı müəyyənləşib. Daha sonra Balıkəsirə qayıdan tələbə qız barəsində cinayət işi başlayıb.
Səhər Çağla Dəmir partlayışdan 5 gün əvvəl bir kişi terrorçu ilə Ankaraya gəlib. Hadisə zamanı partladılan avtomobilin 10 gün əvvəl oğurlandığı üzə çıxıb.
Qeyd edək ki, martın 13-də Ankaranın mərkəzindəki Kızılay meydanında törədilən partlayışda 37 nəfər ölüb, 125 nəfər yaralanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı