Azərbaycan prezidenti Türkiyədə - ƏRDOĞAN QARŞILADI
Azərbaycan prezidenti İlham Əliyevin Ankaraya səfəri başlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Azərbaycan prezidentinin rəsmi qarşılanma mərasimi olub.
Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan prezidentinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü olacaq. Bunun ardınca isə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası keçiriləcək.
Qeyd edək ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının Ankarada keçirilməsi təşəbbüsü Azərbaycan prezidentindən gəlib. “Anadolu” agentliyinin Türkiyə Prezident Administrasiyasındakı mənbəyə istinadən verdiyi məlumata görə, Ərdoğan bu jestə və terrorla mübarizədəki həmrəyliyə görə Azərbaycan prezidentinə təşəkkür edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı