Dövlət Xidməti: Bəzi məhsullar bayramqabağı bahalaşa bilər
"Bir çox məhsullarının qiymətində bayramqabağı endirilmələr müşahidə olunub".
"APA-Economics" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidmətinin sədr müavini Araz Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, bu, təqdirəlayiq haldır ki, sahibkarlar bayramqabağı müəyyən endirimlərin edilməsinə çalışırlar. Bununla yanaşı, Dövlət Xidmətinin rəsmisi qeyd edib ki, bayramqabağı təklif və tələb çox olduğundan bazarın tənzimlənməsi nəticəsində müəyyən məhsulların qiymətində artım ola bilər: "Bu cür məsələləri bazar tənzimləyir".
Onun sözlərinə görə, hələlik bazarda hər hansı məhsulun bahalaşması və ya süni qiymət artımı ilə bağlı Dövlət Xidmətinə müraciət daxil olmayıb.
"Dövlət qurumlarının xətti ilə yaradılan yarmarkalar qiymətlərin düşməsinə təsir göstərir", - deyə A. Əliyev bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı