Ankaraya yeni polis rəisi təyin olundu
Ankaraya yeni polis rəisi təyin olunub. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, rəis vəzifəsini icra edən Yaman Ağırların yerinə Van polis rəisi Mahmud Qaraaslan gətirilib.
Qaraaslanın Ankaraya polis rəisi təyin olunması xəbəri "Resmi Gazete"də yayımlanıb.
Mahmud Qaraaslan 1961-ci ildə Kayseridə doğulub. Müxtəlif polis idarələrində vəzifələrdə çalışıb. 2014-cü ildən Vanda polis rəisidir.
Qeyd edək ki, Ankarada iki gün öncə baş verən dəhşətli terror hadisəsi nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Bu olaydan sonra uzun müddətdir boş qalan polis rəisi vəzifəsinə təyinat məsələsi müzakirə mövzusu idi.
OXŞAR XƏBƏRLƏR
21:36
206
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
223
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
363
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
537
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3378
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4139