ATV əməkdaşları qəzaya uğradı: maşın körpüdən suya düşdü
“Azad Azərbaycan” teleradio şirkətinin (ATV) əməkdaşlarının olduğu avtomobil Bərdədə qəzaya uğrayıb.
APA TV-nin məlumatına görə, şirkətə məxsus avtomobil Qarabağ su kanalının Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində körpü üzərində dönmə əməliyyatının düzgün həyata keçirilməməsi səbəbindən suya düşüb.
ATV telekanalından faktı APA TV-yə təsdiqləyiblər. Telekanalın Xəbərlər departamentinin rəhbəri Vaqif Aydınoğlu bildirib ki, qəza nəticəsində ATV-nin üç əməkdaşı xəsarət alıb. Bunlar sürücü Ceyhun Sultanov, “Ləziz Macəra” verilişinin aparıcısı Aysel Nazimqızı və operator Farid Vəliyevdir. Hər üç şəxsin müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı Bərdə Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı