Yevlaxda 86 yaşlı qadın qətlə yetirildi
Yevlax rayonunda çoxmənzilli binalardakı mənzillərin birində evdən qadın meyidi aşkarlanıb.
APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə Köçkün şəhərciyində, bina 4, mənzil 32-də qeydə alınıb.
Kəlbəcər rayonunun Zülfüqarlı kəndindən məcburi köçkün olan 1930-cu il təvəllüdlü Maral Qara qızı Nəsibovanın öldüyünü qonşular bilib. Yaşlı qadının evindən çıxmadığını görən qonşular Fövqəladə Hallar Nazirliyinin Aran regional bölməsinə müraciət ediblər. Hadisə yerinə gələn xilasedicilər içəri daxil olduqda qadını ölmüş halda aşkarlayıblar.
Meyit müayinə olunmaq üçün morqa aparılıb. Hüquq-mühafizə orqanlarından APA TV- yə verilən xəbərə görə, meyitin üzərində zorakılıq əlamətləri olub. Hazırda Yevlax rayon prokurorluğu faktla bağlı araşdırma aparır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı