Özünü FHN əməkdaşı kimi təqdim edən dələduz yaxalandı
Özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edərək, Qax, Zaqatala və Balakən rayonları sakinlərinin külli miqdarda vəsaitini dələduzluq yolu ilə mənimsəyən şəxs yaxalanıb.
APA TV-nin məlumatına görə, ötən ilin dekabr ayında bir qrup Zaqatala sakini Zaqatala Rayon Polis Şöbəsinə müraciət edərək, Naxçıvan Muxtar Respublikasında anadan olan, hal-hazırda Bakı şəhərində yaşayan 1966-cı il təvəllüdlü Toğrul Rza oğlu Adıgözəlov tərəfindən aldadılaraq, pullarının mənimsənildiyini bildiriblər.
Zərərçəkmişlərin sözlərinə görə, özünü Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi təqdim edən Toğrul Adıgözəlov komissiya üzvü olduğuna onları inandıraraq, 2012-ci ilin may ayında baş verən zəlzələ zamanı zərər görmüş evlərinin tikiləcəyinə söz verməklə külli miqdarda pullarını mənimsəyib.
Martın 12-də Zaqatala RPŞ əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Toğrul Adıgözəlov Bakı şəhərində tutularaq istintaqa cəlb edilib.
Keçirilən əməliyyatla T.Adıgözəlov saxlanılıb. Onun Qaxda 22, Zaqatalada isə 17 nəfərin hər birindən 1500-8000 manat aldığı müəyyənləşib. Həmin şəxsin əməllərindən zərər çəkmiş digər şəxslərin də Zaqatala Rayon Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.
Faktla bağlı cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı