Ağdamda intihar cəhdi: polis fikrindən daşındırdı
Ağdamda insident baş verib. APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə İmamqulubəyli məcburi köçkün qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan Papravənd kəndindən məcburi köçkün Sərxan Süleymanov ov tüfəngi ilə özünə atəş açacağını bildirib. Hadisə yerinə gələn polis əməkdaşları onu fikrindən daşındırmağa cəhd ediblər. Danışıqlardan sonra S.Süleymanov silahı polislərə təqdim edib.
İntihar cəhdini qəsəbə sakinlərindən biri ilə aralarında yaranan münaqişə ilə əlaqələndirən S.Süleymanov rayon Polis Şöbəsinə aparılıb.
Ağdam Rayon Polis Şöbəsindən verilən məlumata görə, Sərxan Süleymanov intihara cəhdinin dəqiq səbəbini hələ ki açıqlamır. Ağdam sakininin etirazına səbəb olan həmyerlisinin axtarışı elan olunub.
OXŞAR XƏBƏRLƏR
21:36
206
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
223
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
362
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
537
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3378
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4139