Rusiyada kəmərdən 72 min ton yanacaq oğurlayan azərbaycanlı tutuldu
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Orlov vilayətində neft məhsullarının oğurlanması faktının üstünün açıblar. APA TV-nin məlumatına görə, aparılan əməliyyat tədbirləri nəticəsində neft kəmərindən dizel yanacağı oğurlayan Azərbaycan vətəndaşı həbs olunub. Onun neft kəmərinə deşmə yolu ilə əlavə xətt caladığı və xətti yaxınlıqdakı meşə massivinə qədər uzatdığı müəyyənləşib. Xüsusi texniki komissiyanın hesablamalarına görə, soydaşımız bir il ərzində bu üsulla 72 min ton dizel yanacağı oğurlayıb. Cinayətin digər iştirakçıları müəyyənləşdirilir, operativ-axtarış tədbirlərinin nəticələri cinayət işi başlamaq üçün Daxili İşlər Nazirliyinin Orlov vilayət idarəsinə göndərilib.
OXŞAR XƏBƏRLƏR
18:39
543
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
529
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
522
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1000
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1026
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1266