İşə düzəltmək adı ilə vətəndaşlardan pul alan dələduz tutuldu
Yasamalda vətəndaşlara qarşı dələduzluq edən şəxs tutulub.
APA TV-nin məlumatına görə, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 29-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində dələduzluq yolu ilə insanların etibarından istifadə edərək onlara külli miqdarda ziyan vuran Bakı şəhər sakini, əvvəllər dələduzluq etdiyinə görə dəfələrlə məhkum olunmuş Yaşar Səmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, Y.Səmədov vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda pulunu mənimsəyib. Saxlanılan şəxs vətəndaşları əsasən işə düzəltmək adı ilə aldadaraq onlardan pul alıb, lakin sonradan verdiyi vədləri yerinə yetirməyib.
Qeyd edilən faktlarla bağlı Y.Səmədov barəsində başlanan araşdırmalar davam etdirilir. Polis əməkdaşları Y.Səmədovun digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Y.Səmədovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Yasamal RPİ-nin 29-cu Polis Bölməsinə 012-432-30-28 şəhər, 051-591-01-02 mobil telefon nömrələrinə zəng edərək məlumat verə bilərlər.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı