ABŞ səfirliyi Ankaradakı terrorla bağlı xəbərdarlıq edibmiş
ABŞ səfirliyi Ankaradakı vətəndaşlarına terrorla bağlı xəbərdarıq edibmiş. APA TV-nin məlumatına görə, bu barədə Türkiyənin "Cumhuriyyət" qəzeti səfirliyin saytına istinadən məlumat yayıb. Səfirliyin saytında sadəcə ingilis dilində olan bölmədə yerləşdirilən xəbərdarlıqda qeyd olunub ki,
Anıtkabir və Baxçəlievlər ərazisində terror təhlükəsi gözlənilir. Buna görə də səfirlik vətəndaşlarına bu barədə xəbərdarlıq edərək həmin ərazidən mümkün qədəri ilə uzaq olmalarını tələb edib.
Bu xəbərdarlığın səfirliyin saytında yalnız ingiliscə bölməsində yayımlanması müzakirəyə səbəb olub. Saytda verilən məlumatda terror hadisəsinin baş vermə ehtimalının ola biləcəyi binalar da göstərilib. Onların sırasında Anıtkabir, Milli Kitabxana, Quru Qoşunları Komandanlığı, Xaricli İşlər, Sosial Müdafiə və İqtisadiyyat Nazirliyinin binası da var.
Qeyd edək ki, bu gün Ankarada Qızılay meydanı yaxınlığında baş verən partlayış nəticəsində 27 nəfər ölüb, 75 nəfər yaralanıb. Partlayış yerli saatla 18:35 radələrində "Güvənpark"ın yaxınlığındakı avtobus dayanacağında baş verib. Partlayış zamanı ətrafdakı binalara da ziyan dəyib. Bölgədən gələn xəbərlərdə ölü sayının artacağı istisna olunmur. Hazırda hüquq-mühafizə orqanları ərazidədirlər. Hələlik partlayışın səbəbi bilinmir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı