Şimali Koreya ordusu hazırlıq vəziyyətinə gətirildi - MÜHARİBƏ TƏHLÜKƏSİ
Şimali Koreyanın Baş Qərargahından Cənubi Koreya və Birləşmiş Ştatların birgə keçirdiyi hərbi təlimlərə cavab olaraq, ordunun Cənubi Koreya ərazisinə preventiv zərbə endirməyə hazır olduğu bildirilib. APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, artıq bu gündən etibarən Şimali Koreya ordusu döyüş hazırlığı vəziyyətinə gətirilib.
Qərargahdan o da bildirilib ki, ölkənin suverenliyinə hər hansı təhlükənin hiss ediləcəyi təqdirdə qarşı tərəfin canlı qüvvəsi və hərbi texnikası xəbərdarlıq olunmadan məhv ediləcək. Bu arada rəsmi Pxenyanın keçirilən hərbi təlimlərə kəskin reaksiyası nəzərə alınaraq, Rusiya Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.
Sənəddə tərəflər təmkin nümayiş etdirməyə çağırılıb. Açıqlamada həmçinin, keçirilən təlimlərin formal olaraq planlı xarakter daşıdığı, əslində isə öz miqyasına görə indiyədək görülməmiş hərbi hərəkətlilik olduğu qeyd edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı