Paytaxtda yağış yağacaq - BAZAR GÜNÜ HAVASI
Martın 13-də Bakı və Abşeron yarımadasında hava şəraitinin gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 6-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, gündüz 11-13 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, gündüz əsasən yağmursuz olacaq, ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək.
Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 1-6 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı