Rusiya Dövlət Duması "erməni soyqırımı" ilə bağlı qanun layihəsini geri qaytardı
Rusiya Dövlət Dumasının Şurası "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanun layihəsini geri qaytarıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu məlum qanun layihəsinin müəlliflərindən biri olan Rusiya Dövlət Dumasının vitse-spikeri, "Ədalətli Rusiya" partiyasının üzvü Nikolay Leviçev "Rusarminfo" portalına deyib.
O bildirib ki, sənədin geri göndərilməsinə əsas kimi qanun layihəsinin hökumət və Ali Məhkəmə tərəfindən baxılması müddəti pozulub: "Hökumətin rəyi fevralın 9-da daxil olub. Dövlət Duması isə fevralın 8-də rəyin olmaması üzündən qanun layihəsini geri qaytarıb”.
Nikolay Leviçev onu da qeyd edib ki, hökumətin və Ali Məhkəmənin qanun layihəsi ilə bağlı rəyi mənfi olub.
Qeyd edək ki, ötən il noyabrın 25-də "Ədalətli Rusiya" partiyasının lideri Sergey Mironov və Nikolay Leviçev Dövlət Dumasına "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun layihəsi təqdim ediblər. Bundan sonra qanun layihəsi rəsmi rəy almaq Rusiya hökumətinə və Ali Məhkəməyə üçün göndərilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı