"Reuters": İran razılaşmasa, OPEC-in toplantısı baş tutmayacaq
İran razılıq verməzsə, OPEK ölkələrinin və bu təşkilata üzv olmayan neft istehsalçısı ölkələrinin martın 20-nə nəzərdə tutulan görüşü, çox güman ki, baş tutmayacaq.
APA TV-nin məlumatına görə, bu barədə “Reuters” agentliyinə məsələ ilə yaxından tanış olan mənbələr bildirib.
"İran hazırda neft bazarında sanksiyalar dövründə itirdiyi payını bərpa etmək niyyətindədir. İran görüşün keçirilməsi ilə razı deyil. İranın nə isə etmək niyyəti yoxdur. Bu ölkənin neft hasilatının dondurulmasına razılaşacağı təqdirdə, hər şey dəyişiləcək”, - deyə mənbələrdən biri bildirib.
İkinci mənbə isə bildirir ki, yanvardakı orta sutkalıq hasilat həcmi Tehranı qane etməyib. Ölkə neftin sutkalıq hasilat həcmini 4 milyon barelədək artırmaq niyyətindədir: “Əgər onlar həll yolunu tapmaq istəyirlərsə, onda onlar İrana ədalətli sövdələşmə təklif etməlidirlər”.
Qeyd edək ki, bu arada Rusiyanın energetika naziri Aleksandr Novak martın 14-də Tehrana səfər edəcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı