Moskvada partlayış: 1 ölü, 13 yaralı
Moskvada yaşayış binasında partlayış olub. APA TV-nin məlumatına görə, Lefortovo rayonunda yerləşən yaşayış binasındakı qazın partlaması nəticəsində güclü yanğın baş verib.
Yanğın zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və təcili yardım briqadaları göndərilib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda deyilir ki, 14 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindəki mənzillərin birində qaz balonunun partlaması nəticəsində baş verən yanğın 50 kv. m sahəni əhatə edib. Dörd mənzili əhatə etmiş yanğın tez bir zamanda söndürülüb.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
21:36
338
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
365
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
463
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
544
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3383
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4145