Mərc oyunları nazirlikdən alındı
Prezident İlham Əliyev “Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi barədə sərəncam imzalayıb.
APA TV-nin məlumatına görə, “Bədən tərbiyəsi və idman haqqında" qanuna edilən dəyişiklik idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətini həyata keçirən orqanın dəyişməsi ilə əlaqədardır.
Dəyişikliyə əsasən, idman mərc oyunlarının təşkili və keçirilməsinə dövlət nəzarətinin həyata keçirilməsinə dair səlahiyyət Gənclər və İdman Nazirliyindən alınıb. Bu sahədə dövlət nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən həyata keçiriləcək. Qanuna edilən digər dəyişikliyə əsasən, idman mərc oyunlarının operatorları idman mərc oyunlarının təşkili və keçirilməsinə nəzarəti həyata keçirən Maliyyə Bazarlarına Nəzarət Palatasına həmin Palata tərəfindən müəyyən edilmiş məbləğdə və qaydada haqlar ödəyəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı