"Taliban"da qarşıdurma; 150 ölü
Əfqanıstanın qərbində “Taliban” hərəkatının dəstələri arasında dörd gündür davam edən toqquşmalar nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb. APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Taliban” hərəkatının iki dəstəsi arasında qarşıdurma martın 7-də Gerat əyalətinin Şindad rayonunda baş verib.
Ölənlərin sayının artacağı istisna olunmur. Qarşıdurmanın səbəbləri hələlik açıqlanmır.
Qeyd edək ki, “Taliban”ın lideri Molla Ömər 2015-ci ilin iyulunda öldükdən sonra Əhtər Məhəmməd Mənsur hərəkata rəhbərlik etməyə başlayıb, lakin bir neçə komandir onu lider kimi qəbul etməkdən imtina edib. Bəzi təsdiq olunmamış məlumatlara görə, Əhtər Mənsur ötən ilin dekabrda öldürülüb.
OXŞAR XƏBƏRLƏR
21:36
338
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
365
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
463
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
544
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3383
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4145