Bakıda avtobus qadını vurub öldürdü
Bakıda ölümlə nəticələnən qəza baş verib. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, 165 saylı marşrut xətti ilə hərəkətdə olan sərnişin avtobusu Rövşən Cəfərov küçəsində yolu keçmək istəyən piyadanı vurub. Zərbə nəticəsində qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Polis əməkdaşları olay yerində müayinələr aparıblar. Daha sonra avtobus sürücüsünün ifadəsi alınıb. Eyni zamanda ölən qadının kimliyi də müəyyən edilib. Məlum olub ki, qəza nəticəsində həyatını itirən 58 yaşlı Esmira Zeynalovadır.
Hadisə şahidi Akif Rəhimovun sözlərinə görə, hadisəyə səbəb piyadanın avtobusun qarşısına qəfil çıxması olub: "Qadın qəfil avtobusun qarşısına çıxdı. Sürücü də avtobusu saxlaya bilmədi. Qadını vurub sürüyə-sürüyə bir neçə metr irəli apardı"
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı