Xaçmazda "Jiqulu" vuraraq traktoru aşırıb - HADİSƏ YERİNDƏN GÖRÜNTÜLƏR
Xaçmaz rayonunda ağır yol qəzası baş verib. APA TV-nin Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Yergüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Quba istiqamətində hərəkətdə olan "90 NC 295" dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil qarşıdan gedən qoşqulu traktora çırpılıb. Qəza nəticəsində traktor aşıb, minik avtomobilinə isə ciddi ziyan dəyib. “VAZ 21 015”-də olan sərnişin, Xaçmaz şəhər sakini, 30 yaşlı Elman Məcidov müxtəlif dərəcəli xəsarətlər alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsətxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta-ağırdır.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
18:39
543
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
529
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
522
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1000
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1026
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1266