Kamran Həsənli barəsində cinayət işi açılıb - RƏSMİ
Teleaparıcı Kamran Həsənli ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, K.Həsənli barəsində daxil olmuş şikayət əsasında Nərimanov rayon Prokurorluğu tərəfindən fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq Rayon Polis İdarəsinin istintaq şöbəsində davam etdirilir.
Qeyd edək ki, müğənni Samir Piriyev hüquq-mühafizə orqanlarına müraciət edərək K. Həsənlinin onun 80 min dollarını mənimsədiyini bildirib.
Kamran Həsənli isə Lent.az-a açıqlamasında xəbəri təkzib edib: “Mənə heç bir cinayət işi açılmayıb. Daha ətraflı açıqlamam isə yaxın günlərdə olacaq”.
OXŞAR XƏBƏRLƏR
21:36
358
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
386
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
478
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
548
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3389
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4147