Ehud Barak: "Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm"
“Mən Dağlıq Qarabağ münaqişəsinin ədalətli və vicdanlı həllini dəstəkləyirəm”. APA TV-nin məlumatına görə, bunu jurnalistlərə lV Qlobal Bakı Forumunda iştirak edən İsrailin sabiq baş naziri Ehud Barak deyib.
E.Barak bildirib ki, Bakıda keçirilən IV Qlobal Forum Azərbaycanın irəliyə doğru atdığı böyük bir addımdır: "Bu qədər liderləri bir araya toplamaq multikulturalizm və insanların bir-birini anlaması sahəsində böyük addımdır. Azərbaycan tək gözəl struktura görə deyil, başqa xalqlara münasibətində, öz daxili cəmiyyətində ildən-ilə irəliləyir. Burada olan hər kəs sizin ölkənizdə baş verənləri yüksək qiymətləndirir".
E.Barak deyib ki, Azərbaycan güclü şəkildə açıq, tolerant cəmiyyətdir: "Azərbaycan bir tərəfdən açıq ölkədir, digər tərəfdən qonşuları ilə balanslı yaxşı münasibətlər saxlayır. Birindən başqa. Bu ona böyük misaldır ki, regional ölkələr güclü səylər göstərməlidirlər ki, bütün qonşuları ilə sülh və əməkdaşlıq içərisində yaşasınlar".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı