Putinin xüsusi nümayəndəsi: "Neftin qiyməti 60 dolları keçə bilər"
"Heç kim neftin qiymətini proqnozlaşdıra bilməz". APA-nın məlumatına görə, bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya prezidentinin Qaz İxracatçısı olan Ölkələr Forumu üzrə xüsusi nümayəndəsi, "Qazprom" şirkətinin Direktorlar Şurasının sədri Viktor Zubkov deyib.
Viktor Zubkov deyib ki, əgər neftin qiyməti 50-60 dollar arasında qərarlaşarsa, bu, 2016-cı il üçün optimal qiymət olacaq: "Hazırda neftin bir barelinin qiyməti 40 dolları ötüb. Gələcəkdə nə olacağını demək isə çətindir. Neftin qiymətinə bir neçə amil, o cümlədən dünyanın müxtəlif ölkələrinin iqtisadiyyatının inkişaf tempi təsir edir. Bununla yanaşı, İran da öz neftini bazara çıxarır. Düşünürəm ki, OPEC və digər ölkələr yalnız neft hasilatının dondurulması üzərində deyil, hasilatı azaltmaq barədə də düşünməlidirlər. Bu halda neftin qiyməti 60 dolları keçə bilər".
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı