İrandan İsrailə nüvə təhdidi: ABŞ NARAHATDIR
İran "Qədr F" və "Qədr H" tipli iki orta mənzilli raketin sınağını həyata keçirib. APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, raketlər Tehran yaxınlığından Fars körfəzi istiqamətində buraxılıb. Raketlərin uçuş hədəfi 1400 kilometr təşkil edib.
İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığından bildirilib ki, raketlərin birinin üzərinə "İsrail yer üzündən silinəcək" sözləri yazılıb.
İsraildə səfərdə olan ABŞ-ın vitse-prezidenti Co Bayden məsələyə münasibət bildirib: "Biz nüvə silahına sahib olan İranın İsrail, region və ABŞ üçün təhlükə olduğu barədə ümumi fikirdəyik. Mən burda bildirirəm ki, əgər İran razılaşmanı pozarsa biz hərəkət edəcəyik. Bundan kimsənin şübhəsi olmasın".
Xatırladaq ki, ötən gün Konqres Tehrana qarşı yeni sanksiyaların tətbiq edilə biləcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı