Maştağada qumar "razborkası": qumarbaz öldürüldü
Bakıda qətl törədilib. Sabunçu Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü İlham Tahir oğlu Ağayev bıçaqlanaraq öldürülüb. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən şəxsin Maştağa sakini Şəhriyar Abbasquliyev olduğu müəyyən edilib. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
APA-nın əldə etdiyi məlumata görə, qətlə yetirilən İlham Ağayev qumarbaz olub.
OXŞAR XƏBƏRLƏR
21:36
358
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
386
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
478
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
548
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3389
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4147