Millimizin Avropa çempionatında üçüncü medalı: Ratkeviç bürünc medal qazandı
Latviyanın paytaxtı Riqada güləş üzrə Avropa çempionatı davam edir. APA TV-nin məlumatına görə, çempionatın ikinci günü Azərbaycan güləşçiləri üçün bir medalla nəticələnib. Qadınlar arasında 60 kq-da mübarizə aparan Yuliya Ratkeviç bürünc medal qazanıb.
Dünya və Avropa çempionumuz Yuliya Ratkeviç ilk mərhələni azarkeş kimi izləyib. O, 1/4 finalda bolqarıstanlı Canan Manolova ilə gücünü yoxlayıb. Qarşılaşma təmsilçimizin üstünlüyü ilə keçib. 8:2 hesabı ilə qələbə qazanan Ratkeviç yarımfinala vəsiqə qazanıb. Lakin Yuliya növbəti görüşdə Oksana Herhelə (Ukrayna) uduzaraq, çempionluq şansını itirib. O, bürünc medal uğrunda döyüşdə norveçli Şarlotta Skauenlə qüvvəsini sınayıb. Rəqibinə heç bir şans verməyən təmsilçimiz təmiz qələbə qazanaraq çempionatı bürünc medalla tamamlayıb.
Qeyd edək ki, yığmamızın üzvləri ilk yarış gününü 1 qızıl və 1 gümüş medalla başa vurub. Mariya Stadnik (48 kq) qızıl, Aleksandr Qostiyev (86 kq) gümüş medala sahib olub.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı