Gürcüstan XİN: Delimitasiya məsələsi gündəlikdən çıxmalıdır
“Azərbaycanla Gürcüstan arasında dərin strateji tərəfdaşlıq mövcuddur”. APA-nın məlumatına görə, bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov gürcüstanlı həmkarı Mixail Canelidze ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, görüşdə sərhəd xəttinin delimitasiyası sahəsində əməkdaşlığa da toxunulub: “Delimitasiya ilə bağlı bu yaxınlarda işçi qrupunun görüşü keçiriləcək. Sərhəd xəttinin uzunluğu 480 km-dir, ondan 314 km-i razılaşdırılıb. Belə qərara gəlmişik ki, bu məsələni yerindən tərpədək və qalan hissəni də razılaşdıraq. Gürcüstanlı ekspertləri Azərbaycana səfərə dəvət etmişik”.
Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Elmar Məmmədyarovun fikirlərini dəstəkləyib: "Delimitasiya məsələsi artıq gündəlikdən çıxmalıdır. Ümid edirəm ki, gələn görüşə kimi delimitasiya məsələsini həll etmiş olacağıq”.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı