İraqda törədilən terror aktlarında 64 nəfər həlak olub
İraqın Babil əyalətində minalanmış avtomobilin partladılması nəticəsində 60 nəfər həlak olub.
APA TV-nin “Press” TV-yə istinadən verdiyi məlumata görə, maşın polis postu yaxınlığında partladılıb.
Bundan başqa, Əbu-Qreyb şəhərində və daha bir yaşayış məntəqəsində də partlayışlar törədilib. Bu partlayışlarda isə 4 nəfər ölüb.
Hücumlara görə məsuliyyəti hələlik heç kim üzərinə götürməyib.
Qeyd edək ki, BMT-nin məlumatına görə, bu ilin fevral ayında İraqda törədilən terror aktlarında 670 nəfər həlak olub, 1000-dən çoxu yaralanıb. Ölən və yaralananların əksəriyyəti dinc sakinlərdir.
OXŞAR XƏBƏRLƏR
21:36
431
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
20:53
461
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
18:53
550
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
13:37
552
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
15:18
3392
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı
16:26
4151