Rusiya İrana "C-300 raket kompleksi satmaqdan imtina etdi
Rusiya İrana satacağı "C-300" raket kompleksi göndərməkdən imtina edib. APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, Rusiya Tehran rəhbərliyinin "Hizbullah"a silah verməsini səbəb göstərərək satışdan vaz keçib. Küveytin "El Ceride" qəzetinin xəbərində bildirilir ki, "Rusiya prezidenti Vladimir Putin İrana "C-300" hava hücumundan müdafiə sistemi transferi qərarını ləğv edib. İran hava hücumundan müdafiə sistemlərini Hizbullaha göndərməməyə söz versə də, bunu yerinə yetirmir".
Silah satışından narazı olan İsrailin baş naziri Benyamin Netanyahu bir müddət öncə bildirib ki, İranın Suriya üzərindən Livandakı Hizbullaha inkişaf etmiş silahlar göndərməsinə razı ola bilməz. Sitat, "Qolan təpələrində İsrailə qarşı ikinci terror cəbhəsinin açılmasını da qəbul etməyəcəyik. Bunlar İsrailin qırmızı xətti olaraq qəbul olunub və belə də qalacaq".
Qeyd edək ki, Rusiya 2007-ci ildə İrana 800 milyon dollar dəyərində "C-300" raket kompleksi satmaq haqqında anlaşma imzalayıb, ABŞ və İsraildən gələn etirazlardan sonra 2010-cu ildə silahların verilməsi dayandırılıb. İranın Qərblə əldə etdiyi razılaşmadan sonra Rusiya havadan müdafiə sistemlərini İrana verəcəyini bildirib, qərar İsrail rəsmiləri tərəfindən etirazla qarşılanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı