Moskva-Gəncə aviareysi üzrə uçuş həyata keçirən təyyarə Həştərxanda məcburi eniş etdi
“RİA Novosti”nin yaydığı xəbərinə görə, təyyarədə 162 sərnişin olub. Bildirilir ki, uçuş vaxtı Azərbaycan vətəndaşı Rasim Əmiraslanov sərxoş vəziyyətdə təyyarənin baş bələdçisini və sərnişinləri təhqir etməyə başlayıb: “Təyyarə komandiri onu qanunazidd əməllərdən əl çəkməyə çağırsa da, Əmiraslanov buna reaksiya verməyib və pilot kabinəsinə soxulmağa cəhd edib. Nəticədə hava gəmisinin komandiri ən yaxın hava limanına eniş etmək barədə göstəriş verib”.
AZAL-ın mətbuat katibi Məhərrəm Səfərli APA TV-yə Moskva-Gəncə aviareysi ilə uçuş həyata keçirən təyyarənin onlara məxsus olmadığını bildirib. Onun sözlərinə görə, təyyarə "Utiair" şirkətinə məxsusdur.
OXŞAR XƏBƏRLƏR
18:39
543
Emin Əmrullayev: “Ən böyük problemimiz oxudur”
18:34
529
Bəzi istiqamətlər üzrə müasir suvarma sistemlərinə 50%-dək güzəşt ediləcək
18:33
522
PISA-da riyazi savadlılıq üzrə Azərbaycanın neçənci yerdə olduğu açıqlanıb
19:44
1000
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
19:18
1026
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
16:42
1266