Cəlilabadda “KamAZ”la “Jiquli” toqquşdu: 3 yaralı
Cəlilabadda 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının Cəlilabad rayonunun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb.
Lənkəran rayon sakini Nurəddin Əliyevin idarə etdiyi “KamAZ” markalı yük maşını Astara istiqamətində hərəkətdə olarkən Cəlilabadın Sabirabad sakini Ədalət Abışovun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə toqquşub. Güclü zərbədən minik avtomobilinin sürücüsü və sərnişinləri - Aygün Cəfərova və Məhbubə Qasımova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
“KamAZ”-ın sürücüsünün sözlərinə görə, qəza “VAZ-2107”-nin sürücüsünün yol hərəkəti qaydalarına riayət etməməsi səbəbindən baş verib.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı