Azərbaycanda narkomanların sayı açıqlandı, 600-ə yaxını qadındır - RƏSMİ
Azərbaycanda 2015-ci il üzrə qeydiyyatda olan narkomanların dəqiqləşdirilmiş sayı açıqlanıb.
APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasına təqdim etdiyi hesabata əsasən respublika üzrə 31 dekabr 2015-ci il tarixinə qeydiyyatda olan narkomanların ümumi sayı 28 555 nəfərdir.
Bunlardan dispanser qeydiyyatında olanlar 23 153 nəfər, profilaktik müalicə alanlar 5402 nəfərdir. Anonim müalicə alanlar 583 nəfər, toksikomanlar 158 nəfərdir. Narkotik istifadəçilərinin 592 nəfəri qadındır.
2015-ci il ərzində 2017 narkoman qeydiyyata götürülüb. Bu narkomanların 1432 nəfəri dispanser qeydiyyatındadır, 585 nəfər profilaktik müalicə alır.
2015-ci ildə 2833 nəfər könüllü müalicə almaq üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə müraciət edib.
Keçən il Ədliyyə Nazirliyi tərəfindən Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin də məhkəmə-narkoloji tibbi yoxlaması təmin olunub. Respublika üzrə 2015-ci il ərzində ekspertizadan cəmi 3111 nəfər keçib. Onlardan 1577 nəfərə məcburi müalicə təyin olunub. Mülki işlə bağlı narkoloji tibb müəssisəsində məcburi müalicədə olan narkomanlıq xəstəliyinə düçar olan şəxslərin ümumi sayı 13 nəfərdir, onlardan 1 nəfərinin müalicəsi hal-hazırda davam edir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan növbəti təxribat: jurnalist avantürasına məmurları da qoşublar
Minlərlə manat ödədilər, nə təhsil ala bildilər, nə də pullarını – AİD Group qalmaqalı
Prezident Böyük Britaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
Bəyanatda Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti yük yola salındı